“Neftçi”də Vernidubla görüş - Ona xatırlatdılar ki… MÜHÜM XƏBƏR!

17:00 Neftçi 338
“Neftçi”də Vernidubla görüş - Ona xatırlatdılar ki… MÜHÜM XƏBƏR!

Premyer Liqanın son 4 turunda qələbələri sıralayan «Neftçi» avrokuboklara vəsiqə şansını nisbətən yaxşılaşdırıb.

27 turdan sonra 43 xalla turnir cədvəlinin beşinci pilləsinə yüksəlmiş «ağ-qaralar» bu gün növbəti əhəmiyyətli matçına çıxacaq.

Zirədə eyniadı komandanın qonağı olacaq «Neftçi» qəsəbədən uğurlu nəticəylə dönərsə, dördüncü yeri onların əlindən alacaq.

Mövcud durum paytaxt təmsilçisində hərəkətlik yaradıb. Bu arada Yuri Vernidubla görüş keçirilib.

Baş məşqçiyə komandanın son həftələrində qazandığı nəticələrə görə razılıq bildirilib.

Eyni zamanda, xatırladılıb ki, onunla bağlanmış müqavilədə avrokuboklara vəsiqə qazanmaq öhdəliyi yer alıb. Və həmin məqsəd dəyişməz olaraq qalır.

Yaddaşı təzələmək üçün yada salınıb ki, kollektiv hazırda ondan üst sıralarda qərarlaşmış rəqiblərini bu mövsüm üstələyə bilməyib.

Son mesaj o deməkdir ki, ukraynalı mütəxəssis qarşıdakı turlarda şeytanın qıçını sındırmağı bacarmasa, onunla yolların ayrılması yenidən gündəmə gələ bilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti