“Sabah»ın hazırda çempionatın lideri olmasının bir önəmli səbəbi var”.
Bu sözlər “Sportinfo TV”də yayımlanan “Futbol Manşet”in eksperti Amit Quluzadəyə məxsusdur.
O, Masazır təmsilçisinin Premyer Liqada turnir cədvəlinə başçılıq etməsini legioner limitinin ləğvi ilə əlaqələndirib.
Bildirib ki, əcnəbi futbolçulara tətbiq olunan məhdudiyyət götürüləndən sonra «bayquşlar»ın ikinci nəfəsi açılıb.
Belə ki, ötən ilin yayında komandanın sükanı arxasına gətirilmiş Valdas Dambrauskas əsas üstünlüyü xarici oyunçulara verir.
Verlişin aparıcısı Xanoğlan İmanov isə bu mövzuda əks arqumentlər gətirib, «Qarabağ»ın zəif rəqiblərlə matçlarda gözlənilməz xal itkilərinə məruz qaldığını söyləyib.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edə onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.
"YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
"YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.
“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.
Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.
Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

