“Neftçi”dən konkret təklif gəldi, dedim, daha gecdir, söz vermişəm“

16 Aprel 23:00 Neftçi 426
“Neftçi”dən konkret təklif gəldi, dedim, daha gecdir, söz vermişəm“

“Həmin vaxt “Neftçi”dən mənə təklif var idi“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ukraynalı hücumçu Viktor Kulikov deyib.

Onu 1997-ci ildə Azərbayacana “Bakılı”nın prezidenti Misir Əbilov dəvət etmişdi.

Əslən Rusiyadan olub Ukraynada doğulan və buranın vətəndaşlığını daşıyan forvardmçu qısa zamanda ölkəmizdə məşhurluq qazanmağı bacardı.

1997-1999-cu illərdə “Bakılı”da (45 oyun, 7 qol) çıxış etdi, karyerasının ən parlaq illərini 1999-2005-ci illər aralığında (90 oyun, 28 qol)“Şəmkir”də yaşadı.

Azərbaycan çempionu oldu, Çempionlar Liqasında oynadı, qol vurdu, mərhələ adladı, bir sözlə, “Şəmkir” ona hər şey qazandırdı.

Lakin ən çox arzuladığı şərəfə - Azərbaycan millisinin formasını geyinməyə nail ola bilmədi.

Stajlı futbol azarkeşləri söhbətin Viktor Kulikovdan getdiyini mütləq ki, anladı.

“Şəmkir”in keçmiş “10 nömrə”si ”Neftçi”yə gedişinin niyə baş tutmamasını belə xatırlayıb:

”Rəhmətlik Əhməd Ələsgərovun baş məşqçi olduğu vaxt idi. “Neftçi”dən konkret təklif almışdım.

Ələsgərov məni “Neftçi”nin mərhum prezidenti Aqil Paşayevlə bazada görüşməyə və müqavilə bağlamağa dəvət etmişdi.

Böyük təəssüf hissi ilə bildirdim ki, kaş bunu əvvəl deyərdiz, gecdir, artıq “Şəmkir”ə söz vermişəm, ora gedirəm.

Çünki mənim üçün ağızdan çıxan sözün çəkisi həmişə ağır olub”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq
16 Aprel 00:50 Yenə qazaxlara uduzduq