"Hamı "Neftçi"nin üzərindən xətt çəkmişdi" - Burada çalışmış baş məşqçi

18:00 Neftçi 254
"Hamı "Neftçi"nin üzərindən xətt çəkmişdi" - Burada çalışmış baş məşqçi

Premyer Liqanın 27-ci turunun maraqla gözlənilən qarşılaşmalarından biri Zirədə baş tutacaq.

"Neftçi" "qartallar"ın qonağı olacaq.

Son 4 görüşdə qələbə qazanan Yuri Vernidubun yetirmələri avrokuboklarda iştirak etmək şanslarını bir xeyli artırıb.

Bu matçda əldə olunacaq növbəti 3 xal vəziyyəti daha da yaxşılaşdıra bilər.

Bəs "ağ qaralar" bunu bacara biləcəkmi?

Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlama verən "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov bunları deyib:

"Turun ən maraqlı, prinsipial oyunlarından biri olacaq. Hətta 6 xallıq oyun da adlandırmaq olar.

Hansı komanda qalib gəlsə, 4-cü pillədə daha da möhkəmlənmiş olacaq. Proqnoz vermək çətindir.

Hər iki komanda qalib gələ bilər, bərabərlik də ola bilər. "Zirə"nin iki cəbhədə mübarizə aparması "Neftçi"nin müəyyən üstünlüyü sayıla bilər.

"Zirə" həm də ölkə kubokunu düşünərək müəyyən rotasiyalara əl ata bilər. Çünki "Zirə"nin finala çıxmaq üçün yaxşı şansı var.

"Neftçi"nin isə itirəcəyi nəsə yoxdur. 3 xal qazanmaq üçün bütün gücünü qoyacaq. "Neftçi" iki ildən sonra avrokuboklara getmək üçün yaxşı şans yaranıb.

Yuri Vernidubun gəlişindən sonra bu imkanlar yaranıb. Ukraynalı gələndə arada böyük xal fərqi vardı.

Hamı "Neftçi"nin üzərindən xətt çəkmişdi. Amma gedişatdakı ardıcıl qələbələr bugünkü şansları ortaya çıxardı.

Məncə, "Neftçi" bu imkanı əldən verməmək üçün bütün gücünü səfərbər edəcək. Hər iki komandaya uğurlar arzu edirəm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti