Baş məşqçi dəyişiklik istədi, “Neftçi” rəhbərliyi işlərə start verdi

14:00 Neftçi 631
Baş məşqçi dəyişiklik istədi, “Neftçi” rəhbərliyi işlərə start verdi

«Neftçi»nin təlim-məşq bazasında təmir işlərinə start verilib.

Bu barədə klubdan saytımıza bildirilib.

Qeyd edilib ki, əsas və əvəzedici komandanın istifadəsində olan iki meydançanın qazonunun dəyişdirilməsinə başlanılıb.

Proses Yuri Vernidubun istəyi ilə həyata keçirilir. Belə ki, baş məşqçi təbii ot örtüyünün hazırlıq prosesinin keyfiyyətinə mane olması barədə rəhbərliyi bilgiləndirib.

Ukraynalı mütəxəssisin narazılığını araşdıran rəsmilər bunun doğru olduğunu dəqiqləşdirib. Odur ki, hər iki sahəyə traktor yeridilib, əraziyə başqa yerdən torpaq gətirilib.

Yaxın vaxtlarda bura toxum səpiləcək.

Vəziyyət bu cür olduğundan, Vernidub və futbolçuları yarımçı meydançalara üz tutub. Mayın ikinci yarısınadək qazonların təkrar istifadəyə verilməsi nəzərdə tutulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti