"Neftçi"nin məşqçisinin evini gecə ilə sökdülər - QALMAQALLI VİDEO

10:40 Neftçi 440
"Neftçi"nin məşqçisinin evini gecə ilə sökdülər - QALMAQALLI VİDEO

«Neftçi»nin U-16 komandasının məşqçisi Elnur İmanquliyev xoşagəlməz hadisə ilə üzləşib.

Bu barədə Sportinfo.az-a onun özü bildirib.

Redaksiyamızla əlaqə saxlayan gənc mütəxəssis Bakının Nərimanov rayonunda yerləşən ata evinin tikinti şirkəti tərəfindən qanunsuz söküldüyünü söyləyib.

O, müvafiq dövlət qurumlarından kömək istəyib.

Qeyd edib ki, bugünlərdə dünyasını dəyişmiş atasının yas mərasimini keçirməyə hazırlaşarkən, belə bir hadisə baş verib. Gecə saatlarında əraziyə yeridilən ağır texnika ilə 6 sotluq həyət evi dağıdılıb.

İndi isə nə onun, nə də digər ailə üzvlərinin ora daxil olmasına icazə verilir.

İmanquliyevin sözlərinə görə, yaxınlıqdakı evlərdə yaşayanlar artıq ərazidən uzaqlaşıb.

Dörd ailənin qeydiyyatda olduğu bu mənzilə görə isə tikinti şirkəti onlara çox aşağı kompensasiya təklif eləyib. Odur ki, razılaşma əldə etmək mümkün olmayıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti