“Neftçi”dən qovulan baş məşqçi: “Kimsə evinin pulunu mənə verməyib, öz haqqımı almışam” - VİDEO

14 Aprel 22:40 Neftçi 932
“Neftçi”dən qovulan baş məşqçi: “Kimsə evinin pulunu mənə verməyib, öz haqqımı almışam” - VİDEO

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubdan ayrılarkən aldığı təzminatdan danışıb.

Sportinfo.az xəbər verir ki, o, “CBC Sport”da gedən “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunmasını anlamadığını bildirib.

“Təzminat məsələsi həddindən artıq çox danışıldı. Bunun səbəbini bilmirəm.

Kimsə evinin pulunu mənə verməyib. Öz haqqımı almışam.

Niyə belə ajiotaj yaratdı, bilmirəm. Məndən əvvəl də məşqçilər olub, dünya futbolunda da bu təcrübə var.

Kim zəng edirdisə, sonda soruşurdu ki, təzminat məsələsi necə oldu? Bu, mənimlə “Neftçi”nin arasında olan şeydir”, - S.Abasov deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti