“Neftçi” Vernidubu təəccübləndirən müdafiəçiyə 3 illik təklif göndərdi - SON DƏQİQƏ

14:00 Neftçi 739
“Neftçi” Vernidubu təəccübləndirən müdafiəçiyə 3 illik təklif göndərdi - SON DƏQİQƏ

Millinin və «Şamaxı»nın müdafiəçisi Rüfət Abbasov «Neftçi»yə dönmək fürsəti əldə edib.

«Ağ-qaralar» 2 il öncə yollarını ayırdığı yetirməsini geri qaytarmaq fikrinə düşüb.

Paytaxt təmsilçisi 2005-ci il təvəllüdlü gənclə danışıqlara başlayıb. Arxa xətt oyunçusuna 3 illik müqavilə təklif olunub.

Abbasov «Şamaxı»ya gələnədək Premyer Liqa üzü görməyib. Onadək «Neftçi»nin əvəzedici heyətində çıxıh etmiq müdafiəçinin bəxtini Ayxan Abbasov açıb.

O, Rüfəti öncə «şirlər»in düşərgəsinə aparıb, oradan da U-21 yığmasına. Əsas millinin sükanı arxasına keçəndən sonra isə buranın qapılarını onun üzünə açıb.

Yuri Vernidub Rüfət Abbasovu Premyer Liqa oyunlarında görüb.

Ukraynalı 20 yaşlı futbolçunun «Neftçi»nin yetirməsi olduğunu bilincə, klub funksionerlərinə «belə istedadı necə əldən buraxmısız» sualı ünvanlayıb, təəccübünü gizlətməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti