“Neftçi”nin baş məşqçisinin bu gecə Eminə şans vermək fikri varmı?

16:40 Neftçi 132
“Neftçi”nin baş məşqçisinin bu gecə Eminə şans vermək fikri varmı?

Misli Premyer Liqasında 27-ci tur davam edir.

“Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Paytaxt təmsilçisi bu görüşdə Emin Mahmudovun xidmətindən yararlana biləcək.

Qasıq nahiyəsindən aldığı xəsarət üzündən “Sumqayıt“la ötən matçı (3:1) buraxan kapitan artıq son məşqlərdə iştirak edib.

Klubdan redaksiyamıza verilən məlumata görə, Yuri Vernidub bu gecə onun xidmətindən yararlanmağı arzulayır.

Amma baş məşqçi tam riskə getmək istəmir. Odur ki, yarımmüdafiəçini ikinci hissədə meydana buraxmağı düşünür.

Ukraynalı mütəxəssis Eminin durumuna görə həkimlərdən tez-tez rəy alır. Tibbi personalla məsləhətləşən təcrübəli çalışdırıcı yekun qərarını oyuna 2 saat qalmış verəcək.

Mahmudov millinin düşərgəsindən qayıdandan sonra məşqdə zədələnib. O, müayinə və müalicə prosesini Serbiyanın paytaxtı Belqrada keçib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti