“Neftçi” üçün satış başlayır - Sən 1 manat da versən, olar!

01:10 Neftçi 97
“Neftçi” üçün satış başlayır - Sən 1 manat da versən, olar!

Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində aprelin 11-i saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, “VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!
10 Aprel 02:10 “Quba” 5:1 qazandı