Məşhur hücumçu “Neftçi”yə qayıdışını qol və azarkeşlərlə qeyd etdi - VİDEO

10 Aprel 09:40 Neftçi 1 469
Məşhur hücumçu “Neftçi”yə qayıdışını qol və azarkeşlərlə qeyd etdi - VİDEO

Vensan Abubakar iki həftəlik aradan sonra yenidən «Neftçi»nin formasını geyindi.

Premyer Liqanın 26-cı turu çərçivəsində «Sumqayıt»ın qonağı olan «ağ-qaralar»ın üçüncü qolunu vurdu.

81-ci dəqiqədə Freddi Varqasın əvəzinə meydana daxil olan kamerunlu hücumçu 8 dəqiqə sonra topu tora göndərdi. Afrikalı ulduz beləcə mövsüm ərzində altıncı qoluna imza atdı.

Abubakar final fitindən sonra sevincini bakılı fanatlarla bölüşüb.

O, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna təşrif buyurmuş «Neftçi» azarkeşlərinin olduğu tribuna yaxınlaşaraq, qələbənin gətirdiyi xoşbəxtlik anlarını bir yerdə qeyd edib.

\SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti