“Neftçi” ilə “Benfika” arasında danışıqlar başladı - SON DƏQİQƏ

20:40 Neftçi 662
“Neftçi” ilə “Benfika” arasında danışıqlar başladı - SON DƏQİQƏ

«Neftçi» bugünlərdə «Benfika» ilə danışıqlara başla yıb.

Bununla bağlı paytaxt təmsilçisindən redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Saytımıza verilən informasiyaya görə, klubu rəhbərliyi Portuqaliyadan yeni idarəçi gətirməyi planlaşdırır.

Həmin şəxs «Neftçi»nin futbol akademiyasına direktoru postuna namizəddir. Bakılıların xidmətinə maraq göstərdiyi fiqur hazırda «Benfika»da çalışır.

Bir ildən artıqdır ki, «Neftçi»də bu vəzifə boşdur.

Türkiyəli Semal Bülbülün 3 illik müqavilə müddətini uzatmayan «ağ-qaralar» o tarixdən bəri akademiyanı üç nəfərin nəzarətinə verib.

Namiq Adilovla Sənan Qurbanov 2 ilə yaxındır aşağı yaş qruplarını kurasiya edirsə, Elxan Abdullayev yaxınlarda koordinator vəzifəsinə təyinat alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti