Premyer Liqanın son həftələrində uğurlu qrafik cızan «Neftçi»nin futbolçularının qazancı artıb.
İyirmi altıncı turda «Sumqayıt»ın qonağı olan və səfərdən 3:1 hesablı qələbəylə dönən «ağ-qaralar» rəhbərlik tərəfindən sevindirilib.
Paytaxt təmsilçisi uğurlu nəticədə pay sahibi olanların hər birinə 3500 manat civarında mükafat təyin edib.
Axır üç turda qalibiyyətləri sıralayan «Neftçi» turnir cədvəlindəki mövqeyini nisbətən yaxşılaşdırıb. 40 xala malik kollektiv beşinci pilləyə yüksəlib.
Yuri Vernidubun çalışdırdığı kollektiv bundan öncəki həftələrdə «Qəbələ»ni 3:1, «İmişli»ni 6:0 hesabıyla üstələyib.
SPORTİNFO.AZ

