“İndi “Neftçi”də vəziyyət elədir ki, səbrli davranmalıyam”

7 Aprel 23:00 Neftçi 112
“İndi “Neftçi”də vəziyyət elədir ki, səbrli davranmalıyam”

“Hər dəfə 15-20 dəqiqə oynayan heç bir futbolçu durumundan məmnun ola bilməz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin hücumçusu Alessio Kurçi deyib.

Ötən ilin yayında “ağ-qaralar”la 3 illik müqavilə imzalamış lüksemburqlu forvard bildirib ki, əsas heyətdən kənarda qalmağı, az şans qazanmağı ona pis təsir edir:

“Daha çox şans qazanmaq, “Neftçi”yə kömək etmək istəyirəm. Lakin indiki vəziyyət elədir ki, bununla qəbullanmalı, səbrli davranmalı, komandamızın uğuru üçün əlimdən gələni etməliyəm.

Peşəkarlıq göstərərək məşqlərdə və şans qazandığım oyunlarda bacardığımın maksimumunu etməyə çalışıram. Bundan sonra da bu şəkildə davam edəcəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti