“Neftçi”nin baş məşqçisi Yuri Vernidub kapitan Emin Mahmudovun zədə almasından danışıb.
Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis yarımmüdafiəçinin yaxın günlərdə məşqlərə başlayacağını müjdələyib:
“Emin bizim kapitanımızdır. Meydanda idarəetmə baxımından onsuz çətinlik yaranır.
O, hər gün daha da böyüyür. Emindən hələ də çox böyük gözləntilərim var.
Düşünürəm ki, bir-iki gün ərzində bizimlə yenidən məşq etməyə başlayacaq. Kapitanla oyun fərqlidir.
Onsuz komandanı meydançada idarə etmək sarıdan başın ağrıyır, bilmirsən ki, kimi harada qoyasan.
Mahmudov hər gün keçdikcə, yaşlanmasına baxmayaraq, daha da yaxşılaşır.
Ona şəfa diləyirik. Həm mən, həm də bütün komanda onu çox gözləyirik”.

