“Neftçi”nin ən məşhur futbolçusu: “Çox yaxşı oynayırıq”

7 Aprel 09:20 Neftçi 562
“Neftçi”nin ən məşhur futbolçusu: “Çox yaxşı oynayırıq”

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt”ı məğlub edib – 3:1.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar”ın hkamerunlu ücumçusu Vensan Abubakar klubun televiziyasına açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb:

“Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır.

Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik.

Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq. Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil.

Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik.

Məşqlərdə bunun üzərində çox çalışırıq. Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək”.

Oyuna sonradan daxil olan Abubakar komandasının 3-cü qoluna imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA