"Neftçi"nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə alıb.
Sportinfo.az xəbər verir ki, Bakı klubunun mətbuat katibi Asəf Zeynallı onun artıq Bakıya qayıtdığını söyləyib:
“Emin Mahmudov "Sumqayıt"la oyundan bir neçə gün əvvəl qasıq nahiyəsindən zədələnmişdi. Zədəsi ilə bağlı müalicə almaq üçün Serbiyaya getmişdi.
O, dünən Bakıya qayıdıb. Məhz bu səbəbdən "Sumqayıt"la keçirilən oyunda iştirak edə bilməyib".
A.Zeynallı 33 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı tarixin müalicə prosesindən asılı olduğunu vurğulayıb:
"Onun müalicəsi Bakıda davam etdiriləcək. Eminin nə vaxt sıraya dönəcəyi müalicənin gedişatından asılı olacaq".
Ötən gün baş tutan "Sumqayıt" - "Neftçi" matçı paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

