«Neftçi-2»nin baş məşqçisi Rəşad Abdullayev Türkiyəyə yollanıb.
O, hazırda «Göztepe»nin düşərgəsindədir.
Səfərdə məqsəd «Pro» kateqoriyalı kursun tələbini yerinə yetirməkdir.
Tələbə əsasən, bu lisenziyanı almaq istəyən mütəxəssis bir həftə hansısa xarici kursda təcrübə keçməli, orada öyrəndiklərinin hesabatını hazırlamaqdır.
Uzun illərdir «Neftçi»də çalışan Abdullayev bu zaman kəsiyində Super Liqa təmsilçisinin məşqlərində iştirak edəcək.
Onun çalışdırdığı «Neftçi-2» Əvəzedicilər Liqasında uğurlu mövsüm keçirir. Bakılı gənclər 22 tur ərzində topladığı 47 xalla turnir cədvəlinə başçılıq edir.
SPORTİNFO.AZ

