«Neftçi»nin Azərbaycana dönüş tarixi məlum olub.
Klubdan aldığımız məlumata görə, kapitan gələn həftənin ilk yarısında Serbiyadan Bakıya qayıdacaq.
Yarımmüdafiəçinin Balkan yarımadasına üz tutmasına səbəb aldığı xəsarətdir. Belə ki, millinin düşərgəsindən yorğun qayıdan 34 yaşlı orta sahə oyunçusu ilk məşqdəcə zədələnib.
Qasıq nahiyəsində yırtılma əmələ gəldiyindən, o, çoxdan tanıdığı fizioterapevtin yanına yollanıb və müayinədən keçib.
2017-ci ildən ağ-qara formanı geyinən Mahmudov normalda 2-3 həftə yaşıl sahələrdən kənarda qalmalıdır. Lakin kapitan hazırkı məqamda komandasını çox tək buraxmaq istəmir.
Odur ki, iynə gücünə olsa belə, tezliklə sıraya dönməyə çalışır. Qasıq nahiyəsindəki yırtığı «blok»layıb, meydana çıxmağa can atır.
Bu, bir qədər təhlükəli olsa da. Çünki həmin hissədəki ağrılar ani dartınma halında sonradan daha da şiddətlənə, onun 1,5-2 ay ərzində tamamilə kənara çəkilməsinə səbəb ola bilər.
SPORTİNFO.AZ

