Premyer Liqanın növbəti turunda «Sumqayıt»ın qonağı olan «Neftçi» üzüntü içindədir.
Millidən qayıdan Emin Mahmudov məşqdə zədələnib.
Kapitan qasıq nahiyəsindən xəsarət alıb.
O, müayinə və müalicə olunmaq üçün ölkə xaricinə yollanıb. Serblyaya gedən orta sahə oyunçusu hələ bir neçə gün orada qalacaq.
Mahmudovun hansı müddətə yaşıl sahələrdən kənarda qalacağı dəqiqləşməyib. Adətən, «pax»ı qırılan futbolçular minimum 2-3 həftə meydana ayaq basa bilmir.
34 yaşlı pleymekerin yoxluğu, əlbəttə ki, «Neftçi» üçün ciddi itkidir.
Yuri Vernidub ona hər oyunda etimad göstərir və dəstək verirdi. Kapitan da yeni il gələndən bəri sərgilədiyi futbolla baş məşqçiyə borclu qalmırdı.
SPORTİNFO.AZ

