"Neftçi"nin futbolçuları onlara vaxt ayırdı - FOTOLAR

3 Aprel 09:20 Neftçi 995
"Neftçi"nin futbolçuları onlara vaxt ayırdı - FOTOLAR

"Neftçi"nin futbolçuları 2 aprel – Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü ilə əlaqədar bərabərlik və inklüzivlik istiqamətində maarifləndirmə təşəbbüsü ilə keçirilən tədbirdə iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, sözügedən görüşdə "ağ-qaralar"ın futbolçuları – Emil Balayev, Edvin Kuç və Alessio Kurçi autizmli gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna və cəmiyyətə inteqrasiyasına dəstək verən məkanda bir araya gəliblər.

Gənclərin fəaliyyəti ilə tanış olub, onlarla ünsiyyət quran komanda üzvləri onlara xatirə hədiyyələri təqdim ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM