“Neftçi”də yer davası edirdi, getdiyi ölkədəki halına bax

2 Aprel 23:00 Neftçi 409
“Neftçi”də yer davası edirdi, getdiyi ölkədəki halına bax

Ötən yay “Neftçi”ni tərk edən Alfa Konte İslandiyada “papağını günə verir”.

2024-cü ilin yanvarından 2025-ci ilin yayına qədər “ağ-qaralar”ın sıralarında olan 25 yaşlı futbolçu ümidləri doğrultmadı.

Azərbaycanda legioner həyatı yaşadığı ilyarım ərzində intizamsızlığı ilə gündəmə gələn, əsas komandada oynamaq üçün yer davası edən Syerra-Leonedən olan cinah yarımmüdafiəçisi avqustdan bu yana İslandiyada top qovur.

Yüksək liqada mübarizə aparan “Stayrnan”la 1 illik sözləşməyə imza atan Konte burada olduğu müddətdə cəmi 8 oyunun iştirakçısı olmaqla meydanda 142 dəqiqə vaxt keçirib.

Oyunların əksəriyyətini bilinməyən səbəbdən boşa verən afrikalı “Fram Reykyavik”lə matçda 1 qol ötürməsi ilə yadda qalıb.

8 ay ərzində 142 dəqiqə oyun şansı və 1 assist!

Maraq üçün bildirək ki, Alfa Konte 2023-cü ilin yanvarında isveçli keçmiş idman direktoru Yens Andressonun tövsiyəsi ilə “Lokomotiv Plovdiv”dən (Bolqarıstan) 150 min avroya transfer edilmişdi.

Uzun müddət əsas komandadan uzaqlaşdırılan Alfa, ağ-qara formada meydana çıxdığı 24 oyunda (879 dəqiqə) 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti