«Şamaxı»nın hücumçusu Kərim Rossi «Neftçi»nin maraq dairəsindədir.
Ölkəmizdə ilk mövsümünü keçirən isveçrəli legioner Yuri Vernidubun diqqət mərkəzindədir.
Dörd aya yaxındır «ağ-qaralar»ı çalışdıran ukraynalı mütəxəssis 31 yaşlı forvardla bağlı müsbət rəy verib.
O, Premyer Liqanın geridə qalan 25 turunda 9 qol vuran ön xətt oyunçusunun taktiki baxışlarına uyğun gəldiyini bildirib. K
lub funksionerləri ilə fikir mübadiləsi aparan təcrübəli sükançı Rossinin bir neçə keyfiyyətini qeyd edib. Avropalının cərimə meydançasınla başla əla oynamasının üzərində xüsusi dayanıb.
«Neftçi»nin standart epizodlardan az-az hallarda yararlanmasını qabardan Vernidubun fikrincə, Rossi bu çatışmazılğı aradan qaldırmaq iqtidarındadır.
Üstəlik, isveçrəlinin uzaq məsafələrdən qapıya qüvvətli zərbələr endirmək bacarığını önə çəkib.
Rossinin «Şamaxı» ilə müqaviləsi 2 ay sonra başa çatacaq. Onun buradakı aylıq məvacibi 5000 dollardır.
SPORTİNFO.AZ

