“Neftçi” rəhbərliyi komandanın avrokuboklara vəsiqə qazanması üçün…

20:25 Neftçi 217
“Neftçi” rəhbərliyi komandanın avrokuboklara vəsiqə qazanması üçün…

Premyer Liqada mövsümün başa çatmasına doqquz tur qalıb.

«Neftçi»nin ehtiyatında isə əlavə 1 oyun var.

Komandanın avrokuboklara yüksəlmək şansını nəzərə alan rəhbərlik futbolçuları daha da ruhlandırmaq üçün addımlar atır.

Bunlardan biri də mükafat fondunun artırılmasıdır.

Payaxt təmsilçisinin oyunçuları qarşıdakı həftələrdə qazanacağı hər qələbəyə görə 4000 manat qazana bilər.

Liderlər qrupunda qərarlaşan rəqiblərlə duellərdə isə bu məbləğin 7000-10000 manatadək yüksəldilməsi gözlənilir.

«Ağ-qaralar» 24 tura 37 xal toplayıb. Aktivində 9 qələbə olan «Neftçi» turnir cədvəlinin altıncı pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti