“Neftçi”: Abubakarla Sambudan ƏN SON XƏBƏR

30 Mart 22:30 Neftçi 418
“Neftçi”: Abubakarla Sambudan ƏN SON XƏBƏR

“İmişli” üzərində qazanılan 6:0 hesablı qələbədən sonra istirahətə buraxılan “Neftçi” məşqləri bərpa edib.

Baş məşqçi Yuri Vernidub komanda üzvlərinə 4 gün dincəlmək imkanı yaradıb.

Məşqçi və futbolçu heyəti martın 24-də bazada bir araya gəlib.

Milli komandaların sıralarına qoşulan oyunçular ayın sonuna qədər ukraynalı çalışdırıcının rəhbərliyi altında olmayacaq.

Zədə səbəbindən “Qəbələ” və “İmişli” ilə görüşləri kənardan izləyən Vensan Abubakar fərdi məşqlərə start verib. Ulduz hücumçu yaxın günlərdə kollektivə qoşulub “Sumqayıt”la oyunun hazırlıqlarında iştirak edəcək.

Eyni sözləri Bassala Sambu barədə deyə bilərik, “İmişli”yə qarşı oynamayan “9 nömrə” hələ ki, fərdi məşqlərlə kifayətləndir. Ən qısa zamanda komanda ilə tər tökəcəyi dəqiqdir.

“Neftçi” Premyer Liqanın 26-cı turunda “Sumqayıt”ın qonağı olacaq.

Aprelin 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti