Onun “Neftçi”nin paltardəyişmə otağında halı pisləşdi

14:20 Neftçi 188
Onun “Neftçi”nin paltardəyişmə otağında halı pisləşdi

«Neftçi»nin legioneri Luis Ortisin halı pisləşib.

Hadisə Premyer Liqanın 23-cü turu çərçivəsində «Turan Tovuz»la keçirilən matçın (0:1) fasiləsində baş verib.

Paltardəyişmə otağına daxil olan paraqvaylı yarımmüdafiəçi birdən-birə özünü pis hiss edib, başı hərlənib.

Ürəyi bulanan cənubi amerikalı çətinliklə nəfəs alıb. Həkimlərin müdaxiləsi nəticəsində təhlükə sovuşub.

Bunu görən Yuri Vernidub riskə getməyib, ikinci hissədə Murad Xaçayevi meydana buraxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti