"Sport Resifi"nin futbolçusu Marselo Ajul "Qarabağ"ın maraq dairəsinə düş üb.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Ağdam təmsilçisinin 23 yaşlı müdafiəçi ilə bağlı ilkin danışıqları Pernambukanu ştatı çempionatının finalından əvvəl baş tutub.
Amma Azərbaycan çempionunun təqdim etdiyi maliyyə şərtləri "Sport Resifi" rəhbərliyini qane etməyib.
Cari mövsümdə keçirdiyi 7 matçda 2 qol vuran oyunçu "Nautiko"ya qarşı keçirilən final görüşündə də (3:0) iştirak edib.
Marselo Ajulun "Sport Resifi" ilə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədərdir. Klub rəhbərliyi müdafiəçiyə artan marağı nəzərə alaraq, onunla yeni sözləşmə imzalamağa çalışır. Ajulun bazar dəyəri 100 min avrodur.
O, Braziliyada bir neçə klubda çıxış edib. Yeganə legioner həyatı təcrübəsini 2023-24 mövsümündə “Dubrava”da (Xorvatiya) keçib.
Saytımız bu xəbəri "Qarabağ"dan dəqiqləşdirib. Redaksiyamıza bildirilib ki, "sambaçı" onların transfer siyahısında yer almır.
Baxmayaraq ki, menecerlər cənubi amerikalı arxa xətt oyunçusunun xidmətini kluba təklif edib.
Braziliyanın B seriyasında mübarizə aparan "Sport Resifi"nin satış qiymətini bir neçə dəfə qalodırmasından sonra Ajul gündəmdən çıxarılıb.
SPORTİNFO.AZ

