“Neftçi”dən ayrılmaq, ölkəsinə qayıtmaq fikri yoxdur

12:40 Neftçi 140
“Neftçi”dən ayrılmaq, ölkəsinə qayıtmaq fikri yoxdur

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub həmyerlisi Andrey Ştoqrinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə növbəti dəfə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunun futbolçunun özündən asılı olacağını söyləyib.

Onun sözlərinə görə, 28 yaşlı hücumçunun Ukraynaya qayıtmaq fikri yoxdur. Ştoqrin ölkəsindəki mövcud vəziyyətlə əlaqədar Azərbaycanda qalmağı üstün tutur.

Vernidub onu da əlavə edib ki, forvardın verəcəyi istənilən qərarı klub anlayışla qarşılayacaq.

Andrey Ştoqrinin “Neftçi” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti