“Birinci hissədə yaxşı oynadıq. Hətta düşünürəm ki, daha üstün tərəf biz idik.
İKi-üç qol imkanı yaratdıq, amma dəyərləndirə bilmədik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi İmad Faraj Misli Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Fransız legioner məğlubiyyəti belə şərh edib:
“Fasilədən sonra rəqibin cəmi bir epizodu oldu və onu qola çevirdilər. Bundan sonra geridönüş etmək çətin idi, çünki “Turan Tovuz” bütün komanda ilə müdafiəyə çəkildi.
Buna görə də oyunu çevirmək alınmadı. Ümid edirəm ki, növbəti oyunda özümüzə gələcəyik və “Qəbələ” ilə matçdan 3 xalla ayrılacağıq”.

