“Neftçi” avrokuboklara vəsiqəni haqq edir” – Andrey bu fikirlə razılaşmadı

10 Mart 20:20 Neftçi 1 107
“Neftçi” avrokuboklara vəsiqəni haqq edir” – Andrey bu fikirlə razılaşmadı

“Neftçi” Yuri Vernidubun rəhbərliyi altında ilk məğlubiyyətini aldı.

Ukraynalı çalışdırıcının baş məşqçiliyi dönəmində 7 oyun yenilginin nə olduğunu bilməyən paytaxt təmsilçisi “Turan Tovuz”a uduzdu – 0:1.

Matçdan sonra Sportinfo.az-a müsahibə verən ukraynalı vinger Andrey Ştoqrin yenilgi ilə bağlı sualları cavablandırıb.

- Niyə uduzdunuz?

- İlk növbədə “Turan Tovuz”un yaxşı komanda, layiqli rəqib olduğunu deməliyəm. Bilirdik ki, bizi çətin oyun gözləyir. 90 dəqiqəyə nəzərə salsaq, həm bizim, həm də onların əlverişli qol imkanları oldu. Sadəcə onlar qol vura bildi, biz isə yox. Uduzsaq da, oyun planında “Turan”dan geri qalmadıq.

- Son yarım saatda “Neftçi”də yorğunluq, ağırlıq hiss olunurdu. Xüsusən müdafiədən hücuma çıxanda, kənardan aşkar görünürdü.

- Bu fikrinizlə razılaşmıram. Fiziki planda rəqibdən geri qaldığımızı düşünmürəm. Əksinə, son yarım saatda mütəmadi hücumlar qururduq, təhlükəli vəziyyətlər yaradırdıq. Bərabərsəviyyəli mübarizə oldu. Dediyim kimi, “Turan” qol vurdu, biz yox.

- Bu, “Neftçi” üçün 6, bəlkə də 9 xallıq görüş idi. Qələbə təqdirində turnir cədvəlindəki vəziyyət kifayət qədər yaxşılaşacaqdı.

- Bəlkə də kimlərsə 6, yaxud 9 xal hesablayır. Reallıqda 3 xallıq matç idi və həmin 3 xalı rəqib qazandı.

- Səmimi cavab gözləyirəm. “Neftçi” bu oyunla avrokuboklara vəsiqəni haqq edir?

- Bunu azarkeşlər, futbol ictimaiyyəti görür və bilir. Mənim nəsə deməyim tərəfkeşlik etmək kimi anlaşılar. Şəxsi fikrimi bilmək istəyirsinizsə, bəli, haqq edir. Bir komanda dekabrdan marta qədər uduzmurdusa, deməli, oyun planında yaxşı nəsə var.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!