“Neftçi” cəbhəsindən atılan “bomba” - FOTO

10 Mart 16:40 Neftçi 605
“Neftçi” cəbhəsindən atılan “bomba” - FOTO

Premyer Liqanın 23-cü turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edib.

“Forza Neftçi” hakimin start fitindən əvvəl maraqlı addımla diqqət çəkib.

Belə ki, parça üzərində hazırlanmış xareoqrafiyada atmacalı mesaj təsvir olunub.

Hakimin qol epizodunu dəqiqləşdirmək üçün yaxınlaşdığı monitorda AFFA rəhbərliyinin ədalət təmsilçisinin boynuna ip bağlaması nümayiş etdirilib.

Sətiraltı göndərməyə “Sizə nə var?” başlığı əlavə olunub.

“Şamaxı” ilə qarşılaşmanın son saniyələrində “ağ-qaralar”ın qapısına təyin olunan penalti azarkeşləri qəzəbləndirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq