“Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pisdir” – “Neftçi”nin baş məşqçisi

00:50 Neftçi 96
“Heç vaxt demirəm ki, mən yaxşıyam, oyunçular pisdir” – “Neftçi”nin baş məşqçisi

MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi" doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub jurnalistlərin sullarını cavablandırıb:

- Yeddi oyundan sonra ilk dəfə idi ki, komanda sizin rəhbərliyiniz altında məğlub olur. Bundan sonrakı dövrün daha çətin olacağını, enişə getmək təhlükəsini hiss edirsiz?

- Nə vaxtsa, bir məğlubiyyət olmalı idi. O da bu gün oldu. Oyuna görə məğlubiyyətə layiq deyildik. Ən azından bir xal qazanmalı idik, hətta udmaq belə, mümkün idi. Nə onlarda, nə də bizdə çox böyük epizodlar var idi. Rəqib bir imkanı dəyərləndirə bildi, biz isə edə bilmədik. Bununla barışmaq və işləmək lazımdır. Gələcəkdə nə olacağını həyat göstərəcək.

- Ötən oyunda baş verən hakim qərarlarına görə, komandada oyuna köklənmək baxımından problem yaşanmışdı?

- İntensiv oyun getdi. O qədər qol epizodları yox idi. Amma oyunun özü intensiv keçdi. Bu mərhələni də keçməliyik. Uduzduq. Bunu da geridə qoymalı və yolumuza davam etməliyik. "Turan Tovuz" sadə komanda deyil. Ona görə 3-cü pillədədir. Biz onlardan heç nə də geri qalmadıq. Təəssüf ki, bir qol buraxdıq və o da matçın taleyini həll etdi.

- Heyətiniz qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərlidir?

- Dəfələrlə demişəm, bura gələndən hansı heyət var idisə, o da qalıb. Nə kimisə göndərmişik, cəmi bir nəfər transfer etmişik. Hər şey də bu heyətlə davam edəcək.

- Bu gün hər iki cinah müdafiəçiləri yox idi. Bunun təsiri oldu?

- Ciddi bir şey olmadı. Ortiz zədə aldı və onu məcburiyyətdən dəyişdik. Bizdə 23 futbolçu var və onların hamısı oynamalıdır. Bura oturmağa gəlməyiblər. Heç vaxt demirəm ki, mən yaxşı məşqçiyəm, oyunçular pisdir. Yox. Onlar yaxşı oyunçulardır. İstəyim odur ki, hər oyundan sonra artırsınlar.

- Yəqin ki, "Neftçi"də də oruc tutanlar var. Bu məqam futbolçuların hazırlığına, rejiminə təsir edir?

- Bəli, həqiqətən də bunun təsiri var. Amma bu, təkcə bizdə deyil. Azərbaycanda olan bütün komandalardır. Onların dini etiqadlarını pzomağa özümdə hüqüuq görmürəm. Bunun da öhdəsindən gələcəyik. "Turan Tovuz"da da belə bir şey var. Saat 8-də oyuna çıxmaq, 7-ə kimi yemək yeməmək...

- Sevindirici haldır ki, siz bura gələndən "bu mənim yığdığım komanda deyik, zaman lazımdır" kimi ifadələr işlətmirsiz....

- Mənə qədər burada bir baş məqşçi olub. O məşqçi haqda pis bir şey deyə bilmərəm. O, mənim həmkarımdır. Komanda yığıb və gəlmişəm işləməyə. Mən gəlim deyim ki, mənə qədər olan hamı günahkardır, heç vaxt deməmişəm, demərəm də. Bacarmaq lazımdır ki, zərbəni ala biləsən və insan olaraq qalasan. Ona görə də indiyə qədər çalışdığım komandalarda da həmişə nəticə olub.

- "Neftçi"nin "Qarabağ"la təxirə salınmış matçın mayda keçirilməsinə necə reaksiya verəcəksiz?

- Bu qərarı nə mən, nə də "Qarabağ" verir. Bildiyim qədərilə, PFL verir. Bizə nə vaxt deyilsə, oynamağa hazırıq. Bizə hansısa tarix deyilsə, öz təklifimizi deyəcəyik. Bildiyim qədərilə hər iki komanda tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. Mənim üçün çox maraqlı oyundur. Güclü komandaya qarşı oynamaq maraqlıdır. "Turan Tovuz" çox güclü komandadır, 3-cü yerdədir. Futbolçulara dedim ki, özümüzü yoxlayaq ki, o mərhələyə gəlmək üçün nələr edək. Həyat bununla bitmir. Yolumuza davam edəcəyik. Növbəti oyunda qalib gəlməyə çalışacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti