Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi" Bakıda "Turan Tovuz"u qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
56-cı dəqiqədə Joarlem Santos fərqlənib.
Bu qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. Bakı təmsilçisi 31 xalla yeddincidir.
“Neftçi” - “Turan Tovuz” 0:1
“Palms Sports Arena ”, 4200 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: İfeanyi Metyu, 34 (qeyri-idman hərəkəti) // Filip Ozobiç, 47 (qeyri-idman hərəkəti); Xorxe Silva, 90+4 (oyunun bərpasının ləngidilməsi)
Qol: Joarlem Santos, 56
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.
“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
(7. Emil Səfərov, 60)
15. Elvin Bədəlov
5. İqor Ribeyro
18. İfeanyi Metyu
(6. Sessi Dalmeyda, 46)
9. Bassala Sambu
(45. Vensan Abubakar, 68)
33. Breno Almeyda
(47. Murad Məmmədov, 60)
70. Andrey Ştoqrin
11. İmad Faraj
10. Freddi Varqas
22. Luis Ortis
(17. Murad Xaçayev, 46)
Ehtiyat oyunçular:
1. Emil Balayev
81. Məhdi Həsənov
4. Elvin Camalov
14. Edvin Kuç
27. Kristian Kostin
23. Cordan Rezabala
28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
“Turan Tovuz”
41. Sergey Samok
29. Filip Ozobiç
(19. Roberto Olabe, 79)
17. Rəhim Sadıxov
(6. Fərid Yusifli, 86)
11. Ayxan Hüseynov
(99. Vadji İbrahima, 86)
5. Roderik Miller
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
7. Xorxe Silva
Ehtiyat oyunçular:
1. Oleq Baklov
13. Mehman Hacıyev
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
9. Coş Cinnelli
8. David Tavareş
2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev

