Üç aydır uduzmayan “Neftçi” üçün… Bilməyənlər də bilsin!

17:00 Neftçi 380
Üç aydır uduzmayan “Neftçi” üçün…  Bilməyənlər də bilsin!

23-cü turun yekun nəticəsi ən çox maraq doğuran qarşılaşması “Palms Sports Arena”da baş tutacaq.

Avrokuboklara vəsiqə qazanmağa iddiasını davam etdirən “Neftçi” öz meydanında mövsümü ən pis hlada vürünc medallarla başa vurmağı hədəf seçən “Turan Tovuz”u qəbul edəcək.

Bu oyunu “Neftçi” üçün mövsümün ən vacib matçlarından biri, bəlkə də ən vacibi kimi qələmə verə bilərik. “Ağ-qaralar”ın ardıcıl 3 qalibiyyətdən sonra ötən tur Şamaxıda 2 xal itirməsi turnir cədvəlindəki vəziyyəti çətinləşdirib.

“Neftçi”nin cari mövsümdə uda bilmədiyi “Turan Tovuz”a məğlubiyyəti avrokubok qatarının böyük ölçüdə getməsinə səbəb olacaq. Bu, baş versə, 3-cü pillədəki Tovuz təmsilçisi ilə xal fərqi 13-ə, “Zirə” də “Kəpəz”i məğlub edəcəyi halda, 4-cü sıradakı zirəlilərlə xal fərqi 10-a yüksələcək.

Düzdür, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv digərləri ilə müqayisədə bir oyun keçirib. Unutmayaq ki, həmin görüş sıradan rəqiblə yox, çempionluğa əsas namizəd “Qarabağ”ladır. Yəni bu qarşlaşmada qələbə şansı çox da yüksək deyil.

Yox, “ağ-qaralar” qərbliləri məğlub etməyi bacarsa, hə, o zaman avrokubok alovunun üzərinə yanacaq tökmüş olacaq. “Turan Tovuz” və “Zirə”ilə xal fərqi azalacaq, turnir cədvəlində “Araz-Naxçıvan”la “Sumqayıt”ı geridə qoyub 5-ci pilləyə yüksələcək.

Odur ki, “Neftçi”nin taleyi öz əlindədir. Yayda Konfrans Liqasında mübarizə aparmaq istəyən komanda həssas məqamda “Turan Tovuz”u məğlub etməlidir. Bunu bacarmayan kollektiv ən yaxşısı növbəti mövsümün planlarını cızmaq məcburiyyətdə qalmalıdır.

Qərb təmsilçisi qış fasiləsindən sonra hər nə qədər xoş təsir bağışlasa da, “Şamaxı” və “İmişli” kimi müdafiə olunmağı bacaran rəqiblərlə matçlarda 3 xal istəyinə çata bilməyib. Hər iki oyun qolsuz heç-heçə başa çatıb.

“Neftçi” də isə 2025-ci ildən fərqli olaraq məhsuldarlıq diqqət çəkir. Və ən maraqlısı, bakılıların sonuncu dəfə düz 3 ay əvvəl – dekabrın 8-də “Sabah”a 0:2 hesabı ilə məğlub olmasıdır.

O vaxtdan bu yana Premyer Liqada keçirilən 7 oyunun heç birində yenilgi acısı yaşanmayıb.

“Turan Tovuz” 18-ci turda “Qarabağ” yenilgisindən sonra 5 matçda 3 qələbə qazanıb, 2 dəfə bərabərə qalıb.

Yeri gəlmişkən, çempionatın ilk dövrəsində Samir Abasovun rəhbərlik etdiyi komanda doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub. Sənan Qurbanovun dönəmində Tovuzda gerçəkləşən dueldən qol səsi çıxmamışdı.

Bu, Yeri Vernidubun təcrübəli həmkarı Kurban Berdıyevlə ilk oyunu kimi yadda qalacaq.

Martın 9-da “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti