"Neftçi"də YENİ PERSONA: Onun təyinatını kim istədi? - FOTO

10:40 Neftçi 794
"Neftçi"də YENİ PERSONA: Onun təyinatını kim istədi? - FOTO

"Neftçi"də yeni təyinat gerçəkləşib. Burçin Keskin paytaxt klubunda görəv alıb.

Türkiyəli mütəxəssis hakim məsələləri və oyun qaydaları üzrə məsləhətçi vəzifəsində çalışacaq.

O, artıq əsas komanda ilə görüşüb.

“Palms Sports Futbol Mərkəzi"ndə məşqçilər korpusu və futbolçularla bir araya gələn Keskin oyun qaydalarındakı son dəyişikliklər, hakimlərə verilən tövsiyələr və digər məsələlər barədə seminar keçib.

Burçin Keskin futbol sahəsində fəaliyyətə əvvəlcə hakim kimi başlayıb. Daha sonra hakimlərin təlimi və inkişafı sahəsində işləyib, uzun müddət Türkiyə Futbol Federasiyası (TFF) strukturunda müxtəlif vəzifələrdə çalışıb,

2022-23-cü illərdə isə AFFA Hakimlər Komitəsində hakimlərin inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib.

O, baş idman direktoru Cenk Sümerin vasitəsilə bura gəlib. "Ağ-qaralar" Keskinlə sonradan müddəti 1 il uzadılmaq şərtiylə 4 aylıq müqavilə imzalayıb.

Bu təyinatın təşəbbüskarı Yuri Vernidub olub. Baş məşqçi "Şamaxı" ilə ötən tur keçirilən matçdan (2:2) sonra belə bir təkliflə çıxış edib.

Səfərdəki oyunun hakimliyindən kəskin narazı qalan ukraynalı çalışdırıcı bu sahə üzrə təlimatçıya ehtiyac olduğunu bildirib və klub rəhbərliyi onun fikrini dəstəkləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti