Misli Premyer Liqasının 23-cü turunda keçiriləcək “Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq var.
Sportinfo.az xəbər verir ki, artıq 3 min bilet satılıb.
Bu barədə "Neftçi"nin mətbuat xidməti məlumat yayıb.
"VIP Silver” sektoruna biletlərin qiyməti 3, “VIP Gold” sektoruna 5, digər bütün yerlərə 1 AZN təşkil edir.
Martın 9-da keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçı saat 20:30-da start götürəcək.

