COP29

“Neftçi”nin baş məşqçisi bu iki NAMİZƏDDƏN BİRİ OLACAQ

8 İyul 2023 09:40 Neftçi 2 142
“Neftçi”nin baş məşqçisi bu iki NAMİZƏDDƏN BİRİ OLACAQ

“Neftçi” azarkeşləri yeni baş məşqçinin adını yaxın günlər ərzində eşidəcək.

SOCAR rəhbərliyi Lorentsiu Regekampfı əvəzləyəcək mütəxəssisin kimiyini müəyyənləşdirmək yolunda sona yaxınlaşıb.

Ən yeni informasiyaya görə, hazırda cəmi 2 namizəd qalıb. Onlardan biri rumıniyalı Adrian Mutudur.

Digər çalışdırıcı isə İspaniyadandır. Neft şirkətinin təmsilçisi onlarla tet-a-tet danışıqlar aparmaq üçün adıçəkilən ölkələrə səfər edib.

Redaksiyamıza daxil olan məlumata görə, “Neftçi”nin Müşahidə Şurasının üzvləri seçim məsələsini gündəlik nəzarətdə saxlayır. Bununla bağlı üzvlər arasında davamlı müzakirələr aparılır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti