"Neftçi"də Regekampfın gediş bileti "bron" edilib – GÜNDƏMDƏKİ VİDEO

25 Aprel 2023 16:00 Neftçi 888
"Neftçi"də Regekampfın gediş bileti "bron" edilib – GÜNDƏMDƏKİ VİDEO

Həftəiçi Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

“Neftçi” ilk matçda 0:1 hesabı ilə uduzduğu Tovuz “Turan”ını Bakıda sınağa çəkəcək.

Digər yarımfinal cütündə isə “Səbail” Bayılda “Qəbələ” ilə üz-üzə gələcək (bölgə təmsilçisi evdə 3:2 hesabı ilə qalib gəlib).

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov “Neftçi” – “Turan” qarşılaşması öncəsi maraqlı fikirlər səsləndirib.

Bildirib ki, bu qarşılaşma, ümumilikdə, kubokda alınacaq nəticələr “ağ-qaralar”da bir sıra şəxslərin klubdakı gələcək taleyini müəyyənləşdirəcək:

“Rəhbərlik bəlkə də baş məşqçi Regekampfın Rumıniyaya biletini bron edib. Çünki finala adlaya bilməsələr, böyük ehtimalla, baş məşqçi dəyişikliyi olacaq.

Ümumiyyətlə, “Neftçi”nin oyununda məşqçi işi görsənmir. Məşqçilər korpusunun oyunları analiz etmək qabiliyyəti çox aşağıdır.

“Turan”da isə tam əksi müşahidə edilir. Ayxan Abbasovun səfər oyunlarında “Neftçi”yə qarşı üstünlükləri var.

Bundan əvvəl çalışdırdığı komandalarda səfərdə paytaxt təmsilçisi ilə oyunların əksəriyyəti müsbət nəticələnib. Ona görə də məşqçi faktoru bu qarşılaşmada böyük rol oynayacaq”.

Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti