«Qarabağ»ın müdafiəçisi Elvin Cəfərquliyev «Netfçi»yə transfer olunmayacaq.
Bu haqda paytaxt klubundan redaksiyamıza məlumat verilib.
Saytımıza bildirilib ki, sol cinah oyunçusu Yuri Vernidubun xoşuna gəlsə də, maliyyə şərtlərində qarşı tərəfi razı salmaq qeyri-realdır.
Çünki Ağdam təmsilçisi müqaviləsi 2027-ci ilin yayında bitəcək oyunçusuna görə kifayət qədər böyük rəqəm istəyir.
Təzminatın məbləği nə yüz min manatdır, nə də bir neçə yüz min. «Köhlən atlar» millinin də formasını geyinən Elvin üçün mətbuatda yazılan rəqəmlərdən qat-qat artıq komipensasiya tələb edir. Bu da «Neftçi»nin planlarına uyğun gəlmir.
Cəfərquliyev iki həftə öncə «Qarabağ»ın əsas komandasından uzaqlaşdırılb. Səbəb növbəti dəfə intizamsızlıq hallarına yol verməsidir.
Belə ki, o, komanda yoldaşı Abbas Hüseynovla birgə gecə klubuna gedib, səhər saatlarınadək orada əylənib. Hadisə məşhur iş adamı Şərurlu İsfəndiyara aid məkanda yaşanıb.
SPORTİNFO.AZ

