Heç kimin Zaur Əzizov haqda demədiyini ilk dəfə o, dedi!

14 Avqust 2022 20:00 Neftçi 2 869
Heç kimin Zaur Əzizov haqda demədiyini ilk dəfə o, dedi!

«Son günlər görürəm ki, hamı Zaur Əzizovun üzərinə düşüb, sanki komandanın uğursuz nəticə qazanmasının bir səbəbkarı var, həmin şəxs də odur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin sabiq baş məşqçisi Ramiz Məmmədov deyib.

Hazırda vitse-prezident olaraq fəaliyyətini «Şamaxı»da davam etdirən mütəxəssis vaxtilə onunla birgə «Qəbələ»də çalışmış Zaur Əzizov haqda mənfi rəyin formalaşmasını doğru hesab etmir.

O, ötən ilin dekabrında «Neftçi»də idman direktoru postunu tutan keçmiş iş yoldaşının bu qədər ağır tənqidə layiq olmadığını bildirib:

«Mən Zaur müəllimi yaxşı tanıyıram. O, işini göbzəl bilən menecerdir. Transfer məsələləində nəyi necə etmək lazım olduğunu əla bilir.

Beş legioner gətirərsə, onlardan, uzağı, 1 nəfər yaxşı çıxmaya bilər. Onun «Neftçi»yə aldığı legionerlər göz qabağındadır.

«Aris»lə cütün taleyini məhz Zaur Əzizovun gətirdiyi legioner həll etdi. «Rapid»lə Bakıdakı ilk matçı da «Neftçi» onların hesabına qazandı.

Mən deyərdim ki, Vyanada bu komandanın bəxti gətirmədi. Bir neçə real qol vəziyyətini boşa verdilər.

Onlardan biri qol olsaydı, bu gün hamı Zaur Əzizovu tərifləyəcəkdi. Alınmayanda, alınmır. Zaur Əzizov futbolçuların yerinə çıxıb oynayası deyil ki…

Qapıçı İvan Brkıçi elə bil 300 voltluq elektrik cərəyanı vurdu, adi epizodda topu əllərinin arasından buraxdı. İkinci qolda da Mamadu Mbolj rəqib hücumçunu qabaqlamağı bacarmadı, top başının üstündən keçdi.

Mən Lorentsiu Regekampfın yerində olmaq istəməzdim. Onun ehtiyat skamyası çox qıısadır. Bir məşqçinin oyunu dəyişməyə futbolçusu yoxdursa, bu komandadan nə gözləmək olar?

Regekamfp səhvi Vyanada yox, Şamaxıda etdi. O, əsas heyət oyunçularının əksəriyyətini Şamaxıda oynatmadı.

Əsas qapıçını heç rayona gətirmədi. Brkiç Şamaxıda oynasaydı, özünü Vyanada daha rahat və hazır hiss edərdi.

Bir çoxları deyir ki, Zaur Əzizov düzgün transfer siyasəti aparmayıb, yaxşı futbolçular yığmayıb.

Görəsən, biri ondan soruşub ki, sizə nə qədər büdcə ayrılıb? Bəlkə də büdcələri o qədər deyil. Bunları araşdırmaq, sonra fikir yürütmək lazımdır».

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər