Regekampfın istədiyi legionerlər - “Neftçi” problemlə üzləşdi

29 İyun 2022 14:00 Neftçi 1 788
Regekampfın istədiyi legionerlər - “Neftçi” problemlə üzləşdi

Ataa Caber (“Aşdod”, İsrail) və Qodsvey Donyonu (“Makkabi”, Hayfa, İsrail) heyətinə qatan “Neftçi” hazırda 2 legionerlə danışıqlar aparır.

Bu barədə Sportinfo.az-a paytaxt klubundan bildirilib.

Verilən məlumata görə, yeni baş məşqçi Laurentsiu Regekampfin transferini istədiyi əcnəbi futbolçuların məsələsi hələ açıq qalıb.

Belə ki, rumıniyalı çalışdırıcının keçidinə razılıq verdiyi legionerlərin məxsus olduqları klublarla anlaşma əldə etməkdə çətinlik yaranıb.

Çünki qarşı tərəf “Neftçi”nin təklif elədiyi məbləğdən daha artıq məbləğdə təzminat istəyir.

Digər Xəbərlər
Xəbər Lenti