"Neftçi"dən növbəti transfer: 3,5 illik müqavilə - VİDEO

27 Yanvar 2022 22:30 Neftçi 1 083
"Neftçi"dən növbəti transfer: 3,5 illik müqavilə - VİDEO

"Neftçi" qış fasiləsində növbəti transferini gerçəkləşdiirb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Ufa" klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevi heyətinə qatıb.

Paytaxt təmsilçisi 28 yaşlı oyunçunun keçidini feysbuk səhifəsində paylaşdığı video ilə açıqlayıb.

Futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək.

Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.

"Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"