“Neftçi” ilə anlaşan qərib azərbaycanlının şərtləri - Bakıya sevgilisini də gətirir...

27 Yanvar 2022 11:00 Neftçi 1 160
“Neftçi” ilə anlaşan qərib azərbaycanlının şərtləri - Bakıya sevgilisini də gətirir...

Daha öncə xəbər verdiyimiz kimi, “Neftçi” heyətinə yeni futbolçu cəlb edir.

Paytaxt təmsilçisinin xeyli vaxtdır transfer etmək istədiyi Azərbaycan əsilli Azər Əliyevlə apardığı danışıqlar artıq başa çatıb.

27 yaşlı müdafiəçi ilə anlaşma əldə olunub. “Ufa” müqaviləsi yayda başa çatacaq A.Əliyevi satmağa razılıq verib.

Rusiya Premyer Liqasında çıxış edən klub bu keçiddən pul qazanacaq. Təqribən 100-120 min dollar civarında.

Əvvəllər “Tambov”, “Krılya Sovetov” və “Yenisey”in şərəfini qorumuş cinah oyunçusunun özünün də gəliri az olmayacaq. Minimum 8000-9000 dollar.

O, Bakıda sevgilisi ilə birlikdə yaşayacaq. Klub onların mənzil və avtomobil təminatını öz üzərinə götürüb.

“Neftçi”nin qış fasiləsində Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatmasını yada salaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı