“Neftçi” ONU “Qarabağ”la oyun üçün BU CÜR QORUYUR - FOTOLAR

26 Yanvar 2022 16:40 Neftçi 1 789
“Neftçi” ONU “Qarabağ”la oyun üçün BU CÜR QORUYUR - FOTOLAR

“Neftçi” qış fasiləsindən sonra meydana sıx qrafik altında çıxacaq.

Fevralın 1-də ölkə kuboku çərçivəsində “Sabah”ı qəbul edəcək “ağ-qaralar” fevralın 7-də Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ”ı qonaq edəcək.

Fevralın 12-də isə ölkə kubokunda “Sabah”la cavab qarşılaşması var.

İndiki vəziyyətdə klub rəhbərliyini və məşqçilər heyətini narahat edən əsas məsələ “Bakcell Arena”nın ev oyunlarına hazır olmasıdır.

Yanvarda havanın yağışlı və şaxtalı keçdiyini nəzərə alsaq, rəsmilərin qazonun qeydinə qalması anlaşılandır. Xüsusən “Qarabağ”la turun və çempionatın mərkəzi qarşılması üçün. Axı fevralın 7-də hər kəsin gözü “Bakcell Arena”da olacaq.

Bunu nəzərə alan stadionun işçiləri meydanı donvurmadan qorumaq üçün onu qara örtüklə qapayıb. Ki, ot yararsız vəziyyətə düşməsin.

Sportinfo.az “Bakcell Arena”nın bugünkü görüntülərini təqdim edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"