"Neftçi"də qalmadı, Super Liqa klubuna lazım oldu

26 Yanvar 2022 09:20 Neftçi 2 432
"Neftçi"də qalmadı, Super Liqa klubuna lazım oldu

“Neftçi” bir neçə gün əvvəl yay transferlərindən olan Xorxe Korrea ilə də yollarını ayırdı.

Sportinfo.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “ağ-qaralar”la yollarını ayırsa da, klubsuz günləri çox çəkməyib.

Belə ki, futbolçu artıq özünə yeni komanda tapıb. O, Yunanıstan Superliqasında yarışan “Volos”da oynayacaq.

29 yaşlı cənubi amerikalı ötən ilin sentyabrında "Neftçi" ilə 2 il müddətinə anlaşmaya imza atmışdı. Bakılılar onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

“Neftçi” rəhbərliyinə müraciət ünvanlayan legioner ailə problemlərini əsas gətirib. O, Azərbaycanda çıxışını davam etdirmək istəmədiyini, anlaşmanı qarşılıqlı razılaşma əsasında pozmağa hazırlaşdığını açıqlayıb.

Xorxe Korrea Argentinanın “Veles Sarsfild” (2010 - 2018), “Defensores de Belqrano” (2012 - 2013) və Portuqaliyanın “Maritimu” (2018 - 2021) klublarında çıxış edib.

O, 2013-cü ildə “Veles Sarsfild”lə Argentina Super Kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da