“Neftçi”ni legionerlərlə təmin edən, Samir Abasovu mənimsəyən agentlik - ARAŞDIRMA

15 Yanvar 2022 22:20 Neftçi 1 535
“Neftçi”ni legionerlərlə təmin edən, Samir Abasovu mənimsəyən agentlik - ARAŞDIRMA

Azərbaycan klublarına legionerlərin kimin əli, yaxud hansı xəttlə gəlməsi daim sual doğurub.

Məsələn, “Qarabağ”ın qiyməti baha olmayan futbolçuları necə və kimin əli ilə tapması, “Neftçi”yə hər transfer dönəmində “bir vaqon” əcnəbinin doldurulması, “Qəbələ”nin son 2 ildə qiyməti ucuz, amma faydalı gəlmələri necə aşkarlaması və sair.

Bu mövzuda “Neftçi” ilə bağlı maraqlı məlumatı diqqətinizə çatdıraq.

“Ağ-qaralar” artıq xeyli vaxtdır braziliyalı və yunan dostların formalaşdırdığı və baş ofisi Afinada yerləşən “La Football Consulting” agentliyi ilə əməkdaşlıq edir.

Və bu şirkət artıq neçə vaxtdır “Neftçi”ni futbolçularla təmin edir, bakılıların agentsiz məşqçi və futbolçularına yeni əməkdaşlıq təklif edir.

“La Football Consulting”in müştəri siyahısına göz gəzdirdikdə xeyli sayda tanış simanın adına rast gəldik. Kimlərin?

Dario Federiko, Stiven Jozef-Monroz, Romen Bask, Mamadu Kane və...

Hazırda “Neftçi”də baxışda olan Ansoni Alexandro Frias.

Şirkətin “instagram” səhifəsi “Neftçi”nin rəsmi səhifəsinə bənzəyir.

“Ağ-qaralar”ı çempionluq münasibəti ilə təbrik edən yunanlar Kanenin “Olimpiakos”a keçidini, Samir Abasovla iyulda müqavilə bağlandığını, Romen Baskın Azərbaycanda peyda olduğunu dərhal izləyicilərin diqqətinə çatdırıb.

Yeri gəlmişkən, “Neftçi”nin baş məşqçisi də yaydan bu yana “La Football Consulting”in müştərisidir.

Agentlik ötən yay Fernando Kostanza ilə Brunonun “Şerif”ə, Kanenin “Neftçi”dən “Olimpiakos”a, Sezar Yanisin “Saraqosa”ya, Vitinyonun “Qama”dan “İraklis”ə keçidinə vasitəçilik edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti