İlk dəfə "Neftçi"nin formasını geyindi, xilaskar oldu – VİDEO+FOTOLAR

15 Yanvar 2022 00:40 Neftçi 1 277
İlk dəfə "Neftçi"nin formasını geyindi, xilaskar oldu – VİDEO+FOTOLAR

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Macarıstandan “Kişvarda” ilə qarşılaşıb.

Matç 2:2 hesablı bərabərliklə başa çatıb. Matçda ilk 2 qolu "Kişvarda" vurub.

42-ci dəqiqədə Emin Mahmudov, 71-ci dəqiqədə isə Ramin Nəsirli fərqlənərək, "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.

“Neftçi” Türkiyədə daha iki yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar”ın ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu olacaq. Digər rəqib isə hələ məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti