Azərbaycan klubu yeni transferini satmalı olsa... Anlaşma şərti

11:30 Sabah 351
Azərbaycan klubu yeni transferini satmalı olsa... Anlaşma şərti

“Sabah”ın yeni transferi Eyden Makkartinin keçidinin maliyyə detalları açıqlanıb.

Sportinfo.az “African Times” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan çempionunun 22 yaşlı müdafiəçinin transferi üçün Cənubi Afrikanın “Kayzer Çifs” klubuna 7 milyon rand (təxminən 720 min manat) ödədiyini yazıb.

Məlumata əsasən, tərəflər arasında bağlanan müqavilədə növbəti satışdan pay bəndi də yer alıb.

Belə ki, Makkarti gələcəkdə başqa kluba transfer olunacağı halda, əldə ediləcək məbləğin 10 faizi “Kayzer Çifs”ə veriləcək.

Gənc futbolçu ötən mövsüm Cənubi Afrika təmsilçisinin heyətində uğurlu çıxışı ilə diqqət çəkib.

Peşəkar karyerasında ilk tam mövsümünü keçirən müdafiəçi bütün turnirlərdə 33 oyunda meydana çıxıb və iki qola imza atıb.

Eyden Makkarti yay transfer dönəmində “Sabah”ın sıralarına qoşulub. Klub rəhbərliyi onun müdafiə xəttinə əlavə keyfiyyət və rəqabət gətirəcəyinə inanır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti