Millilərimiz yarımfinala yüksəldi - Avropa Kubokunda

14 İyun 02:30 Basketbol 432
Millilərimiz yarımfinala yüksəldi - Avropa Kubokunda

Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində ilk oyun günü yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən həm kişi, həm də qadın milli komandası yarımfinala vəsiqə qazanıb.

Kişilərdən ibarət kollektiv qrup mərhələsində Albaniyaya uduzsa (20:21) da, Malta (18:16) və San Marinonu (21:20) məğlub edib.

Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltadan (15:14) güclü olub.

Kişilərdən ibarət milli sabah yarımfinalda Kiprlə, qadınlar isə Kosovo ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!