"Qarabag" Portuqaliyadan yeni transfer etməyə hazırlaşır? - Məlum oldu ki…

11:05 Qarabağ 296
"Qarabag" Portuqaliyadan yeni transfer etməyə hazırlaşır? - Məlum oldu ki…

Portuqaliya mətbuatı "Qarabag"ın Joao Qulartla maraqlanmaqda davam etdiyini iddia edir.

"SAPO" portalının yaydığı xəbərə görə, "Kaza Piya"nın 26 yaşlı mərkəz müdafiəçisi ilə Ağdam təmsilçisindən başqa daha bir neçə klub da maraqlanır.

Ötən ay Portuqaliya yüksək liqasında qalmağı təmin edən "Kaza Piya"nın rəhbərliyi Qulartın transferindən müəyyən məbləğ qazanmaq niyyətindədir və bu keçidə qarşı deyil.

Müdafiəçinin klubu ilə müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədədir.

Saytımız bu məlumatı "Qarabag"dan dəqiqləşdirib.

Redaksiyamıza verilən informasiyaya görə, Qulart menecerlərin xidmətini təkolif etdiyi legionerlər arasında yer alır.

Fəqət, indiyədək onunla bağlı heç bir səviyyədə danışıqlar aparılmayıb və transferi gözlənilmir, adının davamlı "Qarabag"la yanaşı çəkilməsi isə onun qiymətini qaldırmaq məqsədi daşıyır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti